Mojo.az Banner
13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Alüminiumun qiyməti son 3 ildə maksimum həddə çatıb

06.05.2021 19:11 813
Alüminiumun qiyməti son 3 ildə maksimum həddə çatıb
Alüminiumun qiyməti son üç ildə ən yüksək səviyyəyə yüksəlib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, London Metal Birjasında (LME) üç ay sonra tədarük olunacaq alüminiumun bir tonunun qiyməti 1 faiz artaraq 2 471,5 dollara yüksəlib. Bu, 2018-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

Qiymət artımı Çin və Avstraliya arasındakı münasibətlərdə yaranmış gərginliklər səbəbindən baş verib.

Belə ki, çərşənbə axşamı Çinin İslahat və İnkişaf üzrə Dövlət Komitəsi bildirib ki, avstraliyalı rəsmilərin ideoloji qərəzləri səbəbindən Çin Avstraliya ilə strateji və iqtisadi dialoq çərçivəsində bütün fəaliyyətləri dayandıracaq.

Çin təmizlənmiş alüminiumun əsas idxalçısıdır, Avstraliya isə boksitin və giltorpağın – yəni alüminium istehsalında istifadə olunan xammalın əsas ixracatçısıdır.

“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin baş iqtisadçısı Yantin Çjou (Yanting Zhou) isə hesab edir ki, Çinin Avstraliyadan xammal idxalını qadağan etməsi ehtimalı azdır, çünki onların iqtisadiyyatı bu xammaldan asılıdır.скачать dle 11.3
Mojo.az Banner