Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tələbələrdən gizlədilən suallar - İqtisad Universitetinə haqq qazandırmaq olarmı?

04.05.2021 19:51 933
Tələbələrdən gizlədilən suallar - İqtisad Universitetinə haqq qazandırmaq olarmı?
“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin imtahan suallarının verilməsi ilə bağlı tələbləri ədalətsiz və doğru olmayan yanaşmadır. Əslində, UNEC rəhbərliyi, çox güman ki, belə müqavimətin olacağını proqnozlaşdırırdı. Məsələni rəhbərlik UNEC İctimai Şurasına da çıxarmışdı. Yəni, rektor qabaqcadan İctimai Şuranın da mövqeyini öyrənmək istəmişdi. Yeri gəlmişkən, Şurada bu istiqamətdə ciddi müzakirələr gedib. UNEC rəhbərliyinin mövqeyi dəstəklənib”.

Bizim.Media xəbər verir ki, bu sözləri UNEC İctimai Şurasının üzvü Osman Gündüz “Facebook” hesabında qeyd edib.

O, vurğulayıb ki, sualların və ya cavabların verilməməsi tələbələr üçün əlavə bir yük və əzab-əziyyətdir:
 
“Bunun üçün daha çox oxumaq və zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil, bilik və bacarıqlar üçün bunlar zəruridir.

UNEC də tədrisin keyfiyyəti və qiymətləndirmə istiqamətində uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər ki, distantın yaratdığı diskomfort mühit universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb. Təəssüf ki hökumət, Təhsil Nazirliyində zamanında dustantla bağlı tənzimləməni, metodiki və texniki -texnoloji standartları müəyyən etməyib. Əslində, biz indi dolayısıyla məhz bu məsələlərin zamanında həll edilməməsinin ağrısını yaşayırıq. Amma nəzərə almaq lazımdır ki, UNEC az sayda universitelərdən biridir ki, məhz distantın keyfiyyətini qaldırmaq üçün əlavə xeyli investisiyalar yatırıb”.

Osman Gündüz hesab edir ki, bu qədər islahatlar aparmaq və investisiyalar yatırmaqla universitetdə təhsilin keyfiyyətini qaldırmaq istiqamətindəki addımları təqdir etmək, dəstəkləmək daha doğru olardı:
 
“Fikrimcə, tələbələr və müəllimlər tərəfindən distantın keyfiyyəti, mahiyyəti, internetin əlçatanlığı ilə bağlı müzakirələr açıb Universitetə, hökumətə təkliflər verməsi daha məntiqli olardı.

Yuxarıda qeyd etdiyim fərqli mövqe də məhz bu istiqamətdə olub. Tələbələrin günahı olmadan, mövcud pandemiya səbəbindən qaynaqlanan keyfiyyətsiz standartlardan, hüquqdan, metodikadan kənar distant və texniki-texnoloji problemlər səbəbindən tələbənin yekun balında imtahanın xüsusi çəkisinə yenidən baxılmalıdır”.скачать dle 11.3
Mojo.az Banner