Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Küçədə qalsa da, yardım qəbul etməyən şəxslə bağlı - RƏSMİ AÇIQLAMA

01.05.2021 21:39 939
Küçədə qalsa da, yardım qəbul etməyən şəxslə bağlı - RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yaşan və səhhətində ciddi problemi olan vətəndaş Əliyev Lətif Akif oğlu ilə bağlı yerli mətbuatda yer alan məlumatlardan sonra açıqlama yayıb.

Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, agentliyin mətbuat katibi Murad Həşimov həmin şəxsin heç bir kömək qəbul etmək istəmədiyini deyib:

"Bir neçə ay əvvəl Sosial Xidmətlər Agentliyinin əməkdaşları olaraq onun sığınacağa cəlbi üçün çalışdıq. Onun ayağında tibbi problemi olduğu üçün və ümumiyyətlə, özünə gəlməsi üçün xəstəxanaya aparılmasını da təşkil etdik.

Amma təəssüf ki, öz şəxsi seçimlərindən dolayı xəstəxanadan çıxandan sonra sığınacağa cəlb edə bilmədik, küçədə qalmağı özü seçdi. Özü də məlumatlıdır və daimi diqqətimizdədir. Sığınacağa gəlməyi qəbul etdiyi istədiyi anda, yeri hazırdır”.

Qeyd edək ki, sözügedən reportaj Müsavat.com-da yayımlanıb. L.Əliyev bildirib ki, ona hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməkdaşları da kğmək etməyə çalışıb, ancaq kişi israrla bütün təklifləri rədd edib.

Son xəbərlər