Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə yol polisi reyd keçirdi

01.05.2021 20:53 1 257
Gəncədə yol polisi reyd keçirdi
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobillərində digər texniki nöqsanlar da aşkar edilib. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Bundan başqa keçirilən tədbirlərlə sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülər ilə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. Qeyd edək ki, aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4 000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.скачать dle 11.3
Mojo.az Banner