Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyçayda bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb

01.05.2021 16:53 900
Göyçayda bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub.

Buna baxmayaraq o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib. E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner