Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

29.04.2021 19:51 1 500
Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər matçında "Zirə" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edəcək.

Son xəbərlər