Mojo.az Banner
23:01 Eldar İsmayılovun cinayət işinə xitam verildi  |     22:54 Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? - DETALLAR  |     22:49 Yuri Qaqarinlə görüşən azərbaycanlı qadın: "O mənə medal da verdi" (Video)  |     22:41 Tbilisi prospektində maşın yanır - Video  |     22:36 Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...  |     22:30 Taksilər hansı yanacaqdan istifadə edir? - SAY AÇIQLANDI  |     22:22 Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - Video  |     22:17 Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi  |     22:08 Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı  |     22:03 "Youtube" tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək (Video)  |     21:55 Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb  |     21:49 Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu - Video  |     21:44 Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     21:36 X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı  |     21:31 BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb  |     21:23 Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir  |     21:15 Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu  |     21:10 Adnan Əhmədzadə yenə həbsdə qaldı  |     21:03 Bu yolda sürət həddi endirildi  |     20:58 Cəlilabadda avtomobil piyadanı vurdu  |    
Left Banner
Right Banner

Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

29.04.2021 19:02 615
Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib
Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçirilib. Dinləmədə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin 6 komitəsinin sədrləri, müavinləri və deputatlar, əlaqədar nazirliklərin və qurumların təmsilçiləri iştirak ediblər.

Bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tədbiri açan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkəmizdə sosial islahatların uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidentinin 30-a yaxın Fərman və Sərəncamını əhatə edən 2 islahatlar zərfi sayəsində ölkəmizdə minimum əmək haqqı 116 faiz, minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb.

Dinləmə iştirakçılarının nəzərinə çatdırılıb ki, postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub. Onlardan 2 min 859 şəhidin ailə üzvlərindən 7 min 303 nəfərə sosial ödənişlər edilib; 9 min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib; 510 müharibə əlili 2 min 370 reabilitasiya vasitəsi ilə təmin edilib; 5 min 300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyini deyən Musa Quliyev əlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib. Son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib.

Günün reallıqlarından çıxış edən komitə sədri qanunvercilikdə müvafiq dəyişikliklərin olunması, yeni əlillik meyarlarının qəbul edilməsi vacibliyindən də bəhs edib.

Dinləmədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibliyindən danışıb.

Əsassız əlilik təyinatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib. 2021-ci ilin I rübünün nəticələrinə istinadən bildirib ki, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də, qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.

Dinləmədə “əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Sonra tədbirdə I vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov və Məşhur Məmmədov əlilliyin ekspertizası və reabilitasiyası sahəsində mövcud durum, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi barədə rəy və təkliflərini bildiriblər.

Dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Diskussiyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Nigar Bayramova, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sədri Azad Abdullayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov mövzu ətrafında fikirlərini bildiriblər.

Dinləmənin yekununda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzakirə olunan mövzu ilə bağlı komitənin təkliflərini diqqətə çatdırıb.скачать dle 11.3