Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ödəmə mənbəyində verginin tutulması qaydası dəyişir

28.04.2021 19:50 3 204
Azərbaycanda ödəmə mənbəyində verginin tutulması qaydası dəyişir
Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur.

Bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.

Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.

Son xəbərlər