Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

YAP-ın iclasında Hüseynbala Mirələmovla bağlı çıxış edənlər məlum oldu – SİYAHI

23.04.2021 22:47 891
YAP-ın iclasında Hüseynbala Mirələmovla bağlı çıxış edənlər məlum oldu – SİYAHI
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasının keçirilməsilə bağlı partiyanın Mətbuat xidməti açıqlama yayıb.

Məlumatda deyilir:

İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması, müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədin Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə çıxarılmasına razılığın verilməsi, həmçinin YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələlər müzakirə edilib.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.

İdarə Heyəti Pənahov Məzahir Məhəmməd oglu, Qasımov Rövzət Afət oğlu, Əliyev Şaitdin Sərdar oğlu, İbrahimov Ramiz Hilal oğlu, Kazımova Validə Faiq qızı və Paşayev Hüseyn Məmməd oğlunun Mərkəzi Seçki Komissiyasının əsas, Hümbətov Surəddin Məmmədhüseyn oğlunun əvəzedici üzv seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edib.

İdarə Heyəti həmçinin müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edəcək Əsgərova Nailə Şahmərdan qızının namizədliyinin Milli Məclisin müzakirəsinə çıxarılmasına razılıq verilməsi barədə qərar qəbul edib.

İdarə Heyəti daha sonra gündəliyə uyğun olaraq, YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş qeyri-etik hərəkəti ilə bağlı məsələni müzakirə edib.

Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və hiddətlə qınanılıb. Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı cəmiyyətdə kəskin etiraz doğurub və ciddi müzakirələrə səbəb olub. Vurğulanıb ki, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.скачать dle 11.3
Mojo.az Banner