Mojo.az Banner
18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA bir neçə kafe və restoranda nöqsanlar aşkarladı - TAM SİYAHI

19.04.2021 18:59 1 014
AQTA bir neçə kafe və restoranda nöqsanlar aşkarladı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 359 ictimai iaşə obyektində 1 056 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Mürşüdov Camal Mürşüd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, N. Nərimanov küç., ev 2075 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mübariz İlyas oğluna məxsus restoran;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəs., Yesenin 81a ünvanında yerləşən, fiziki şəxs Həmidli Fəxrəddinə məxsus "Khalça" restoranı;

4. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus "Quzu Qabırğa" restoranı;

5. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Kərimov Əlmirzə Abdulla oğluna məxsus kafe;

6. Gəncə şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Tural Şahin oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner