Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? | 19:24 Bakıda yaşayış binasında yanğın | 19:17 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil | 19:15 Bu sürücülər piyadalar üçün təhlükəli vəziyyət yaradırlar | 19:08 Göyçayda 10-a yaxın kənd işıqsız qalıb | 18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video |
Mojo.az Avto
Mojo.az Avto

Prezident azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə sərəncam imzaladı

19.04.2021 14:51 1 293
Prezident azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə sərəncam imzaladı
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini dövlət başçısının 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edəcək.

Son xəbərlər