Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alban-Udi xristian dini icmasının sədri: "Ermənilər bizim kilsələri dağıdıb, saxtalaşdırıb"

17.04.2021 15:08 2 421
Alban-Udi xristian dini icmasının sədri:
"İşğaldan azad olunmuş ərazilərə gələndə mütləq şəhidləri yada salır və onlar üçün dualar edirik. Allah onlara rəhmət eləsin! Qarabağda çoxlu məbədlər var. Bu, Alban-Udi xristian dini icmasının müqəddəs torpaqlara ilk səfəri deyil. Hər dəfə gələndə erməni vəhşiliyi, Alban məbədlərində etdiyi dəyişiklikləri, saxtakarlıqların şahid oluruq".

Bu sözləri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili icmanın işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O bildirib ki, bu torpaqlar onlar üçün müqəddəs yerdir:

"Ermənilər buarada İslamla bağlı olan tarixi, mədəni abidələri ümumiyyətlə siliblər. Hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar. Bu kilsələr, məbədlər Alban müstəqil kilsəsinə aiddir. Bu irs birbaşa Alban mədəni irsi ilə bağlıdır. Bu məbədlərin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur. Ermənilər bura gəlmə xalqdır. Sadəcə Azərbaycan xalqının tolerantlığından istifadə edib, bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər. Özlərinə doğmalaşdırıb, bizdən uzaqlaşdırıblar. Amma bu gün Azərbaycanın tarixi həqiqəti bərpa olunub. Bu gün Azərbaycan bu mədəni irsin varisidir”.скачать dle 11.3
Mojo.az Banner