Mojo.az Banner
13:15 Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR  |     13:14 Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)  |     13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |     12:59 Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?  |     12:56 Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı  |     12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |     12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb - FOTO

07.04.2021 12:25 2 298
Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb - FOTO
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

“Report”un əməkdaşı xəbər verir ki, səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər.

Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib və onların ruhuna dualar oxunub. Həmçinin Qurandan ayələr tilavət olunub.

Daha sonra səfər iştirakçıları Ağdama yola düşüblər.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, İdarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər çərçivəsində Ağdam məscidində namaz qılınacaq.










скачать dle 11.3
Mojo.az Banner