Mojo.az Banner
20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bu ünvanında evlər plana düşdü - FOTO

16.04.2021 13:27 1 656
Bakının bu ünvanında evlər plana düşdü - FOTO
Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq.

Median.Az
-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən plana düşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.

Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, adıçəkilən layihə pilotdur. Qeyd edilir ki, həmin ərazilərdə bir neçə bina artıq sökülüb.

“Sakinlərlə danışıq aparılır. Binanın sakinləri tam şəkildə köçürüləndən sonra söküntü işlərinə başlanılır. Sakinlər üçün kirayə mənzillər ayrılır.

Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.

Elə mənzil sahibləri olacaq ki, onlara hətta əlavə bir otaq da verilə bilər. Yeni mənzillər tam təmirli olacaq. Orada hər mənzil sahibi ilə fərdi olaraq danışıqlar aparılır və müqavilə də fərdi olaraq bağlanılır”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.

Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Göründüyü kimi işlərə Nərimanov rayonundan start verilir.






скачать dle 11.3
Mojo.az Banner