Mojo.az Banner
20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |     20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |    
Left Banner
Right Banner

Dövlət xidmətindən vətəndaşlardan ƏDV-nin tutulması ilə bağlı AÇIQLAMA

16.04.2021 12:54 2 304
Dövlət xidmətindən vətəndaşlardan ƏDV-nin tutulması ilə bağlı AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılıb. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələyə aydınlıq gətirmək məqsədilə bildirib ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur.

Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını həyata keçirir və ödənişini təmin edir.

Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur. Vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:

xaricdən malların alınmasına görə ödəniş;

xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;

fiziki olaraq xaricdə alınan iş və xidmətə görə ödəniş.

Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirilib ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.

Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.

Qeyd edək ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.скачать dle 11.3
Mojo.az Banner