Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi - FOTO

14.04.2021 11:42 2 244
Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi - FOTO
Bakıda üç aylıq körpəni küçəyə atmaq istəyiblər.

Qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi üç aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Bu zaman ətrafdakı insanlardan biri ona mane olub.

Qadını taksiyə mindirərək üç aylıq körpə ilə bərabər “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına göndərib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumatı Oxu.Az-a təsdiq edib və bildirib ki, qadınla nə qədər danışıqlar aparılsa da, fikrini dəyişməyib:

“Həmin qadını dünən sığınacağa gətirdilər. Körpənin əynində normal paltar da yox idi. Qadın israrla uşaqdan imtina etdiyini dedi. Biz polis əməkdaşlarının iştirakı ilə qadınla profilaktik söhbət apardıq. Qadın heç uşağın atasının adını da bilmirdi. Aparılan söhbət zamanı uşağın atası da uşağı istəmədiyini deyir. Qeyri-rəsmi nikahdan olan uşaqdır.

Birmənalı olaraq uşağı sığınacaqda qoyub çıxıb getdilər. Balaca yarımçılpaq vəziyyətdə idi və normal qidalanmamışdı. Hadisə barədə polisin iştirakı ilə aidiyyəti qurumlara məlumat verdik. Hazırda üç aylıq oğlan uşağı ilə bağlı bütün dövlət qurumları tərəfindən zəruri tədbir görüləcək. Balaca uşaq evlərindən birinə yerləşdiriləcək”.
скачать dle 11.3
Mojo.az Banner