Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?

10.04.2021 21:30 3 042
Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?
İyirmi dörd aprel ərəfəsində dünya erməniləri yenidən beynəlxalq ictimaiyyətin diqqətini qondarma "erməni soyqırımı"na yönəltməyə çalışırlar.

“Report” Caliber.aza istinadən xəbər verir ki, erməni və antitürk lobbiçilərin aktiv fəaliyyətinə baxmayaraq, dünyada belə bir “anım tarix”inə maraq azalır.

Axı söhbət 100 ildən də əvvəlki hadisələrdən gedir və bu gün COVID-19 pandemiyası dövründə dövlətlərin şübhəli bir tarixi keçmişə sahib olan anım mərasimlərinə qatılmaqdan daha çox aktual və təcili vəzifələri var. Bu fonda getdikcə daha az yüksək vəzifəli məmur və siyasətçi Ermənistanın qondarma "soyqırımı" ilə əlaqəli ictimai tədbirlərdə iştirak etmək istəklərini qəbul edir.

Sayta eksklüziv mənbələrdən məlum olub ki, daha əvvəl Niderlandın xarici işlər naziri Stef Blok 24 aprel tədbirlərində iştirakını təsdiqləyib. Ancaq sonra, COVID-19-la bağlı vəziyyətin pisləşməsinə əsaslanaraq fikrindən daşınıb. Hələlik Lüksemburq və Belçika nümayəndələri bu səbəb üzrə Yerevana səfər imkanını nəzərdən keçirirlər.

Xatırladaq ki, bu yaxınlarda baş vermiş rüsvayçı korrupsiya qalmaqalı nəticəsində Ermənistanın əsas lobbiçisi Frank Engel istefaya gedib, o, indi artıq Lüksemburqun Xristian-Sosial Xalq Partiyasının sabiq lideridir. Məlumata görə, Fransa Senatının sədri və Litvanın Xarici işlər nazirinin müavini də Yerevana səfərə ilkin razılıq veriblər. Beləliklə, Paris dövlətin ikinci şəxsini (konstitusiya iyerarxiyasına görə) Yerevana göndərərək, ATƏT-in Minsk qrupu kimi həmsədrliyini uğurla gözdən salmağa davam edir.

Ancaq prezidentinin qondarma "soyqırımı" məsələsində açıq şəkildə ermənipərəst mövqe tutduğu Vilnüsün nəyə can atdığı sirr olaraq qalır. Lakin Litvanın İrəvana nazir müavinini göndərməsi diqqət çəkir və bu, artıq erməni məsələsinin litvalılar üçün də prioritet olmadığını sübut edir.

Getdikcə daha çox ölkənin səmərəli əməkdaşlıq qurmaq istədiyi Türkiyə, Azərbaycan və bütün Türk dünyasının artan rolunun siyasi həqiqətlərə öz düzəlişlərini etdiyini və "soyqırımı" mövzusunun beynəlxalq aləmdə əvvəlki aktuallığını itirdiyini istisna etmək olmaz. Digər tərəfdən, bu gün Ermənistanda dövlət idarəetmə sistemində müşahidə olunan xaos da xaricdəki lobbiçilik fəaliyyətinə kömək etmir.

Son xəbərlər