Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edə bilmədi

10.04.2021 18:45 1 731
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar" yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.

İkinci pillədə qərarlaşan "Neftçi" 43-cü, 5-ci sıradakı "Qəbələ" isə 24-cü xalını qazanıb.

Qeyd edək ki, günün digər oyununda "Sabah" "Səbail"i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Son xəbərlər