Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yoluxanlara niyə vaksin vurulmur? - Ən çox verilən sualın cavabı tapıldı

01.04.2021 20:41 828
Koronavirusa yoluxanlara niyə vaksin vurulmur? - Ən çox verilən sualın cavabı tapıldı
Koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində anlaşılmazlıq yaranıb.

Anlaşılmazlıq virusa yoluxub-sağalanlara vaksin vurulmaması ilə bağlıdır. Daha doğrusu, bu kateqoriyadan olan şəxslərə yalnız 1 ildən sonra vaksin vurula biləcəyi deyilir. Vaksinin təsir müddət isə 6 aydır. Bu baxımdan, virusa yoluxub-sağalanlar narahatlıq keçirir.

Nəzərə alsaq ki, hazırda Azərbaycanda yoluxma halı kəskin artıb və mütəxəssilər növbəti dalğanın olacağı barədə həyəcan təbili çalır, o zaman vətəndaşların narahatlığı anlaşılandır.

Tibb mütəxəssisləri isə bildirir ki, burada heç bir narahatlığa əsas yoxdur. Məsələ burasındadır ki, yoluxmanın özü təbii vaksin sayılır. "Bu virusa yoluxanlarda antitellər yaranır. Bu da növbəti yoluxma riskini azaldır. Ona görə də, virusa yoluxub-sağalanlara 6 ay, yaxud 1 il ərzində vaksin vurulmasına ehtiyac qalmır. Doğrudur, onlara vaksin vurula da bilər. Ancaq vurulmaması da yanlış addım deyil. Sadəcə, bununla bağlı narahatlıq keçirənlər antitellərini yoxlada bilərlər”, - tibbi ekspertlər bildirir.

Mütəxəssislərin sözlərinə görə, virusa yoluxub-sağalanların vaksinasiya prosesindən kənarda saxlanılması həm də vaksin çatışmazlığı ilə bağlı ola bilər.

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da HİT.Az-a açıqlamasında virusa yoluxub-sağalanların 1 il ərzində yoluxma riskinin aşağı olduğunu bildirib.

"Orqanizm virusun toksininə qarşı antitoksin yaradır. Bu, bədəndə 1 il qala bilir. Hələ burada malekul çəkisi az olan antitoksindən söhbət gedir. Baxın, adamlar qızılcaya bir dəfə tutulur. Niyə? Çünki onun antitoksininin molekul çəkisi yüksəkdir və bədəndən çıxmır. Ancaq pnevmaniyada belə deyil, 1 il müddətində qala bilir. Yoluxub-sağalanlara 1 il ərzində vaksin vurulmaması bununla bağlıdır”, - deyə Rəşid Mahmudov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner