Mojo.az Banner
23:01 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır  |     22:57 Tələsiklik və diqqətsizlik: Piyadaları ölümə aparan vərdişlər - Psixoloq  |     22:51 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb  |     22:40 40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir  |     22:35 Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb - FOTO  |     22:29 Gömrükdə yeni qayda: FİN ləğv edilir, "ASAN İmza" gəlir - Nə dəyişəcək?  |     22:22 Bakıda mənzillərin qiymətləri yüksəldi (Video)  |     22:16 Paytaxtda yeni xəstəxana tikiləcək  |     22:08 Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır  |     22:03 Türkiyədə Xomeyninin ölkədə qalması ilə bağlı məxfi sənəd yayıldı  |     21:55 Sabirabadda qəza - 3 nəfər yaralandı  |     21:50 İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - Video  |     21:42 İşıqforun qırmızı işığında keçdi - Qəza oldu  |     21:37 Rusiya da OPEC-dən çıxır? - Rəsmi açıqlama  |     21:32 Azərbaycanda bu avtomobillər bahalaşdı  |     21:24 Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək  |     21:15 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər  |     21:10 Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz  |     21:01 Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar - AÇIQLAMA  |     20:56 Maşınını qaçırdığına görə qohumunu bıçaqladı  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”

31.03.2021 18:41 1 434
İlham Əliyev: “Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”
“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı zamanı deyib.

“Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”, - deyə Prezident əlavə edib.скачать dle 11.3
Mojo.az Banner