Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başladı

31.03.2021 13:14 1 467
Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başladı
Təhsil işçilərinin vaksinasiyasının növbəti mərhələsi başlayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur. Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
скачать dle 11.3
Mojo.az Banner