Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Lüksemburqun ermənipərəst oyunlarının sonu: Frank Engel partiya sədri vəzifəsindən istefa verdi

30.03.2021 21:39 1 047
Lüksemburqun ermənipərəst oyunlarının sonu: Frank Engel partiya sədri vəzifəsindən istefa verdi
Lüksemburqun Xristian Sosialist Xalq Partiyasının milli komitəsinin bu günlərdə yayımladığı bəyanata görə, partiyanın sədri Frank Engel öz vəzifəsindən istefa verib.

Yerli RTL teleşirkətinin məlumatına əsasən, bu barədə xəbər F.Engelin mətbuata partiya sədri olaraq, öz gələcəyilə bağlı qəti qərar vermədiyini söyləməsindən bir neçə saat sonra açıqlanıb.

Qeyd olunan bəyanatdan sonra keçirilən mətbuat konfransında keçmiş sədr öz adını təmizə çıxarmağa çalışıb. Belə ki, onun istefasına səbəb 2019-cu ildə “CSV Frëndeskrees ASBL” qeyri-kommersiya qurumu ilə saxta müqavilə bağlaması iddiası ilə partiya yoldaşlarının ölkə prokurorluğuna müraciət etməsi olub. Siyasətçinin adıçəkilən təşkilatdan məvacib aldığı da qeyd olunub. Lakin konfrans zamanı F.Engel qanunu pozmadığını və üzr istəyəcək bir əmələ yol vermədiyini bildirib.

Qeyd edək ki, F.Engel öz ermənipərəst mövqeyilə tanınır. Odur ki, bədnam qonşularımızın təəəsübkeşliyini çəkən birisinin saxta işlərdə adının hallanması heç də təəccüblü deyil. Atalarımız əbəs yerə deməyiblər ki, atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.

Bir sözlə, Lüksemurqun ermənipərəst oyunlarının sonu belə də bitməli idi. Ümid edirik ki, antiazərbaycan təbliğatı və təxribatları ilə məşğul olan Almaniya siyasətçiləri lüksemburqlu həmkarlarının başına gələnlərdən ibrət götürəcəklər. Axı gec-tez onları da oxşar aqibət gözləyir. Bunu anlamaq üçün isə “mahir siyasətçi” olmaq heç də vacib deyil.скачать dle 11.3
Mojo.az Banner