Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bankların dollara olan tələbi yenidən kəskin artıb

30.03.2021 15:28 1 896
Azərbaycanda bankların dollara olan tələbi yenidən kəskin artıb
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 80,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki hərracda (18 mart) tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

Son xəbərlər