Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dollara tələb 2 %-dən çox artıb

07.05.2024 19:45 1 923
Azərbaycanda dollara tələb 2 %-dən çox artıb
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb.

Bu barədə “Report”a AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 2-də keçirilən hərracda olan tələbatla müqayisədə 1,6 milyon ABŞ dollar və ya 2,2 % çoxdur.

Xatırladaq ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Son xəbərlər