Mojo.az Banner
SON DƏQİQƏ
21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Normal çəkidə qalmaq üçün bəzi pəhrizlər

25.03.2021 23:57 2 064
Normal çəkidə qalmaq üçün bəzi pəhrizlər
Təravətləndirici pəhriz:
Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə 2 dəfə saxlamaq məsləhət görülür.
Səhər yeməyi: 1 stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
İkinci səhər yeməyi (saat 10.00):1 stəkan meyvə şirəsi və ya çiy meyvə və ya tərəvəzlər

Nahar: təzə tərəvəzlərdən yaşıl salat ( göy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (qerkules) sıyığı. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarım stəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtgıcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur.Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.

Qarın nahiyəsindəki piylərin əridilməsi üçün pəhriz.
Məqsəd-qarnın hamar, qarın əzələlərinin möhkəm olmasıdır.
1. Rasiondan duz çıxarılır və qarnı kökəldən məhsulların qəbulu məhdudlaşdırılır: ağ çörək, biskvit və pirojnalar.
2. Müntəzəm və az-az qidalanmağa çalışmaq lazımdır. Qida rasionunda kifayət qədər portağal, limon şirəsi, salat olmalıdır. Qəhvə azaldılır və daha çox su içilir.
Səhər yeməyi (təklif olunan variantlardan biri seçilir)
a) 1 stəkan diyetik yoqurt, 1portağal
b) 1 ədəd ilıq bişirilmiş yumurta, 2 dilim qurudulmuş çörək
Nahar: 250 qr dərisiz toyuq və ya balıq əti, iri porsiya qarışıq tərəvəz salatı
Şam yeməyi: 1 bifşteks, 75 qr qaynadılmış lobya, 1 potağal
Nahar və şam yeməklərinin yerini dəyişmək olar.
Qəlyanaltı (gündə 2 dəfə): bir şokoladlı baton, 1 boşqab yağsız şorba.
Məşğələ: Stulda əyləşərək, kürək düz saxlanılır, dizlər aralanır, pəncələr döşəməyə sıxılır. Əllər önə doğru uzadılır, çənə aşağı əyilir, nəfəsi verərək, qarın əzələləri sıxılır və döşəməyə doğru əyilir. Nəfəsi alıb-verərək ilkin vəziyyətə qayıtmaq lazımdır. Hərəkət 5 dəfə təkrar edilir və tədricən artırılır.скачать dle 11.3

Son xəbərlər