Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Süveyş kanalında hərəkət dayandırılıb

25.03.2021 16:48 1 791
Süveyş kanalında hərəkət dayandırılıb
Süveyş kanalında dayaz yerdə ilişib qalmış konteyner gəmisini çıxartmaq üçün başlanılan işlərlə bağlı hər iki istiqamətdə hərəkət bütövlükdə dayandırılıb.

“Report” xəbər verir ki, “Ever Given” konteyner gəmisinin ilişməsi dünyanın ən hərəkətli nəqliyyat keçidlərinin birini iflic edərək son illərin ən böyük nəqliyyat tıxacına səbəb olub. Bu barədə Misirin Süveyş Kanalı İdarəsi (SCA) açıqlama yayıb.

Açıqlamaya görə, çərşənbə axşamı səhər bərk külək və toz fərtınası üzündən idarəetmə qabiliyyətini itirən “Ever Given” gəmisi cənub kanalında ilişərək bütün məxrəci tutub. Dünən köhnə məxrəcdən şimaldan cənuba doğru 13 gəmi buraxılmışdı.

Bu gün səhərə olan vəziyyətə görə, kanaldan keçmək üçün gözləyən gəmilərin ümumi sayı 150-dən çoxdur. Yüz əlli ildən artıqdır fəaliyyət göstərən 193 km uzunluğunda kanalın dərinliyi 8 metrdən 24 metrə çatdırılıb. Kanalda hərəkətin dayanmasının dəniz nəqliyyatı üçün gündəlik maliyyə zərəri 9,6 milyard ABŞ dollarıdır.скачать dle 11.3
Mojo.az Banner