Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

25.03.2021 12:21 2 535
Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var
Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər