Mojo.az Banner
12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 2 mindən çox ağac əkilib

18.03.2021 21:03 834
Bakıda 2 mindən çox ağac əkilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatşılığı ilə Bakı-Ələt magistral avtomoil yolunun kənarında 2 ha sahədə və həmçinin, mərkəzdə Şəmsi Bədəlbəyli küçəsi boyunca növbəti ağacəkmə aksiyası keçirilib.

Median.Az
Trend-ə istinadən bildirir ki, aksiya yaz əkin mövsümü ərzində paytaxtda yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin çərçivəsində təşkil edilib.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Aksiya zamanı Abşeronun iqliminə uyğun 2000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkildi. İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.

Həmçinin mərkəzdəki Şəmsi Bədəlbəyli küçəsində xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkildi, səkilərə yeni qazon örtüyü salındı.

Bu kimi aksiyaların mövsümün sonunadək paytaxtın digər ərazilərində də keçiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.скачать dle 11.3
Mojo.az Banner