Mojo.az Banner
20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |    
Mojo.az Avto
Mojo.az Avto

Xətai rayonunda Anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO

27.09.2021 23:59 1 095
Xətai rayonunda Anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO
Sentyabrın 27-də Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Əhmədli qəbirsanlığında və Dədə Qurqud Şəhidliyində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət ediblər.

Anım Günü münasibəti ilə Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında mərasim təşkil olunub.

Sonra tədbir iştirakşıları Polad Həşimov küçəsində yerləşən 221 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyasına qatılıblar.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən tədbirdə ağac əkilən ərazi əvvəlcədən aksiya iştirakçıları tərəfindən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Ağacəkmə kampaniyası çərçivəsində 44 günlük Vətən müharibəsinin hər gününün şərəfinə 10 ağac, ümumilikdə isə 440 ağac əkilib.

Qeyd edək ki, yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb. Aksiyada Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib.

скачать dle 11.3
Mojo.az Banner