Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub

08.11.2023 15:50 1 044
Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub
8 noyabr - Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aksiyalarda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Zəfər bayramına töhfə vermək məqsədilə keçirilən ağacəkmə aksiyaları bölgələrdə də davam edib və ölkə üzrə hər regionun relyef və iqlim şəraitinə uyğun ümumilikdə 60 mindən artıq ağac əkilib.скачать dle 11.3
Mojo.az Banner