Mojo.az Banner
18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində mülki hava limanlarının sayı artırılır

16.03.2021 21:41 1 845
Çində mülki hava limanlarının sayı artırılır
Çin hökuməti 2025-ci ilədək 30-dan artıq mülki hava limanı tikmək niyyətindədir.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsinin (CAAC) nümayəndəsi Janq Çinq 2021-2025-ci illəri əhatə edən 14-cü beşillik plan çərçivəsində sözügedən sahənin inkişafı istiqamətində həyata keçiriləcək irimiqyaslı layihələr nəticəsində sərnişin sayının 2 milyarda çatdırılacağını bildirib.

Həmçinin hava səyahətlərinin şaxələndirilməsini, logistik xidmətlərin modernləşdirilməsini ehtiva edən “cüt dövriyyə” inkişaf standartının təkmilləşdiriləcəyi də vurğulanıb.

Qeyd edək ki, 2020-ci ildə Çində mülki hava limanlarının sayı 3 ədəd artaraq 241-ə, istismar olunan sərnişin təyyarələrinin sayı isə 6 747-yə çatdırılıb. Hava sərnişinlərinin sayı da 420 milyon nəfər təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinin 63,3 faizidir. Bu il hava daşımalarını böhrandan əvvəlki səviyyənin 90 faizinə çatdırmaq hədəflənir.скачать dle 11.3
Mojo.az Banner