Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI

16.03.2021 13:17 2 397
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Bu sözləri İlham Əliyev martın 15-də işğaldan azad edilən Hadrut qəsəbəsində çıxışı zamanı deyib:

“Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.

Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.

Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.скачать dle 11.3
Mojo.az Banner