Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: “Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək”

17.10.2020 14:12 2 631
Prezident: “Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək”
“Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir:

“Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz orada döyüşlər aparırdı. Bizim Füzulini hansı hərbi peşəkarlıqla, rəşadətlə işğaldan azad etdiyimiz heç kimə sirr deyil. Ondan əvvəl Cəbrayıl şəhəri, Hadrut işğaldan azad edildi.

Xocavənd, Cəbrayıl, o cümlədən, Füzulinin bir çox kəndləri işğaldan azad olundu. Məhz bundan sonra Füzuli şəhərini düşməndən azad etdik. Düşmən öz silahını yerə qoyub qaçmışdı. Mən tam əminliklə deyirəm ki, Azərbaycan ordusunun Füzuli əməliyyatı, eləcə də, digər əməliyyatları hərbi kitablara daxil ediləcək”.

Son xəbərlər