Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda quyuda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

15.03.2021 19:19 900
Sumqayıtda quyuda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
2020-ci il dekabrın 18-i Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun itkin düşməsi ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Xanəli Əmirovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı 1997-ci il təvəllüdlü Rəhimov Yusif Hafiz oğlunun 18 dekabr 2020-ci il tarixdə Xanəli Əmirovun Sumqayıt şəhəri, H.Z.Tağıyev ünvanında yaşadığı evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi və meyitini qəsəbədə yerləşən məktəbin zirzəmisinə ataraq yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yusif Rəhimovun dayısı Rəşidov Tehran Ədalət oğlunun cinayəti törətməkdə istifadə edilən cinayət alətini təmin etməklə, məsləhət və göstəriş verməklə, habelə cinayətin izlərini gizlətməklə Yusif Rəhimova köməklik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Rəhimov və Tehran Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner