Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gündən Türkiyəyə səfər edənlər “sağlamlıq kodu” təqdim etməlidir

15.03.2021 17:22 957
Bu gündən Türkiyəyə səfər edənlər “sağlamlıq kodu” təqdim etməlidir
Türkiyə hökumətinin “sağlamlıq kodu”nu (HES code) almaq üçün respublikaya girən bütün sərnişinlərdən elektron sorğu anketləri doldurması tələbi bu gündən qüvvəyə minib.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi TASS-a bildirib.

“Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən 72 saat əvvəldən çox olmamaq şərti ilə saytdakı formanı doldurmalıdır. Bundan sonra onlara avtomatik olaraq fərdi HES-kod veriləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Bundan əvvəl qurumdan bildirilmişdi ki, bu kodun köməyi ilə Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən edilən şəxsləri tapa biləcəklər.

“Uçuş üçün qeydiyyatdan keçərkən sərnişinlər doldurulmuş formanı elektron və ya çap edilmiş formada aviaşirkətin təmsilçisinə təqdim etməlidirlər. Bu forma Türkiyə sərhədində də yoxlanıla bilər. Forma ümumiyyətlə doldurulmadıqda və ya yanlış məlumatlar olarsa, qanuni və inzibati sanksiyalar tətbiq edilə bilər. Həmçinin Türkiyəyə girişiniz də qadağan edilə bilər”, - deyə nazirlikdən bildirilib.

Hazırda HES-kod Türkiyədə daimi yaşayan bütün insanlar tərəfindən istifadə olunur. Sənəd ticarət mərkəzlərini və bir sıra dövlət qurumlarını gəzərkən təqdim edilməlidir. Bundan əlavə, İstanbul rəhbərliyi 15 mart tarixindən etibarən sakinləri kafe, bərbər, hamam, spa, toy salonu, teatr və fitness mərkəzlərinə gedərkən “sağlamlıq kodları” vermələri tələbini irəli sürüb.скачать dle 11.3
Mojo.az Banner