Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda buğda istehsalı azalıb: Çörəyimiz yenə qıraqdan gələcək - STATİSTİKA

12.03.2021 19:16 1 257
Azərbaycanda buğda istehsalı azalıb: Çörəyimiz yenə qıraqdan gələcək - STATİSTİKA
2020-ci ildə əkin sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi ölkəmizdə buğda istehsalının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ötən il 588,4 min hektar sahədə buğda əkilib. 2019-cu ildə 670 min hektar sahədə buğda əkilmişdi. Əkin sahəsi 2019-cu illə müqayisədə 12,2 faiz azalıb.

Əkin sahəsi ilə bərabər məhsuldarlıq da müəyyən qədər aşağı düşüb. 2020-ci ildə orta məhsuldarlıq 31,7 sentner olub ki, bu da əvvəlki illə müqayisədə 0,7 sentner azalma deməkdir.

Ötən il hər iki amilin təsiri ilə buğda istehsalı 2,171 milyon tondan 1,867 milyon tona enib. İl ərzində azalma 14 faiz və ya 304 min ton təşkil edib.
Azərbaycanda ən çox buğda Cəlilabad rayonunda istehsal olunub. Bu rayonda 154,8 min ton buğda istehsal edilib. Şəkidə 121,2 min ton, Füzuli rayonunda 92,4 min ton buğda istehsalına nail olunub.

Buğda istehsalında ən yüksək məhsuldarlıq isə Sabirabad və Saatlı rayonlarında qeydə alınıb. Məhsuldarlıq Sabirabadda 43,7 sentner, Saatlıda 43,1 sentner təşkil edib.

Yerli istehsal daxili tələbi ödəmədiyinə görə 1,365 milyon ton buğda idxal olunub. Bu məqəsədlə 296,9 milyon dollar xərclənib. Azərbaycan idxal etdiyi buğdanın 98,9 faizini Rusiyadan, 1,1 faizini Qazaxıstandan alıb.скачать dle 11.3
Mojo.az Banner