Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yoluxma sayındakı sürətli artım səbəbi ilə qapanmalara gedə bilərikmi? - VİDEO

12.03.2021 14:59 1 530
Yoluxma sayındakı sürətli artım səbəbi ilə qapanmalara gedə bilərikmi? - VİDEO
“Təmasın sıx olduğu sahələrdə və bayram günlərində insan axını təxmin edilən yerlərdə məhdudlaşdırıcı tədbirlər görülə bilər”.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinin qonağı, millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, bayram tətilində yoluxmanın şiddətli olduğu bir şəhərdən digərinə getmək yoluxma sayını artırar və nəticədə həmin ərazidə virusun geniş yayılması müşahidə edilə bilər:

“Bayram günündə hansısa məkana, bölgəyə kütləvi şəkildə gedirik və kütləvi şəkildə geri dönürük. Bu, çox təhlükəli haldır. Təmas artması ilə yanaşı həmin ərazini də yoluxma sayı çox olan ərazilər siyahısına daxil edirik. Bu səbəbdən hesab edirəm ki, pandemiya reallığından çıxış edərək, mərhələli şəkildə hər birimiz işimizi planlaşdırmalıyıq.

Təbii ki, belə olan halda məhdudlaşdırıcı tədbirlərin sərt olmasına ehtiyac qalmır. Əks halda ölkədə aktiv xəstə sayı artar, tibb sistemi yüklənər və onların tibbi yardım alaraq sağalma ehtimalı aşağı düşər”.

M.Məmmədli onu da qeyd edib ki, Azərbaycan artıq əvvəlki vaxtlardan fərqli olaraq prosesi yumşaq tənzimləmələrlə idarə etməyin modelini tapıb:

“Biz buna Azərbaycan modeli də deyirik. Lakin hələ ictimai nəqliyyatda təlimatlara istənilən səviyyədə riayət edə bilmirik. Bu səbəbdən aidiyyəti qurumlar daha formalaşmış addımları atmaq məcburiyyətindədir”.

Azərbaycanın “Sputnik V” və “AstraZeneca” peyvəndlərini almasına münasibət bildirən millət vəkili bu peyvəndlərin yarada biləcəyi əks-təsirlərdən də danışıb:
“Bu peyvəndlərin hazırlanma mexanizmi fərqli olsa da, təsir mexanizmləri eynidir. Onun əlavə təsirləri isə subfebril temperatur, əzələlərdə ağrı hallarıdır. Ümumilikdə isə hər üç vaksinin bu günə kimi qeyri-adi təsiri müşahidə olunmayıb”.скачать dle 11.3
Mojo.az Banner