22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |     21:40 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib  |     21:30 Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ  |     21:11 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur  |     20:56 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU  |     20:48 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     20:38 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI  |     20:15 "Sushi Club" bağlandı: Ciddi nöqsanlar aşkarlandı  |     20:07 Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?  |     19:59 Hikmət Hacıyev: "Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq"  |     19:53 Rüşvət alan meşə gözətçisi həbs olundu  |     19:46 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb  |     19:36 Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib  |     19:30 Bələdiyyə sədrinin müavini bu instituta ofis avadanlıqları satır  |     19:22 Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi  |    

Sabahkı hava ilə bağlı daha bir qurumdan XƏBƏRDARLIQ

Hava şəraitinin kəskinləşəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin proqnozu Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə daxil olan andan gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Bununla bağlı Dövlət Dəniz Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Məlumata əsasən, martın 12-dən 13-ü səhərədək gün ərzində Xəzər akvatoriyasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2,5-3,5 m, sonrakı inkişafda isə 4,5-6,5 m çatacağı proqnazlaşdırılır.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə durması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə olunur.

Hava şəraitinə uyğun olaraq, Milli Mərkəzin təcrübəli kapitanları gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verəcək. Agentliyin gündəlik iş rejimində olduğu kimi, ölkəmizin ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz olaraq əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunmasına nəzarət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            951 11.03.21 18:28