Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi |
Mojo.az Avto
Mojo.az Avto

Nazirdən sığorta ödənişlərinin təyin olunması ilə bağlı yeni QƏRAR

06.03.2021 13:41 2 652
Nazirdən sığorta ödənişlərinin təyin olunması ilə bağlı yeni QƏRAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığorta ödənişinin alınması üçün ərizə forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli qərarı ləğv edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Bundan əvvəlki qərarı həmin dövrdə nazir işləyən Səlim Müslümov imzalamışdı.

Həmin qərarla sığorta ödənişinin alınması üçün ərizə forması, sığorta ödənişinin alınması üçün ərizəyə əlavə olunan sənədlərin siyahısı təsdiq edilmişdi.

Sahil Babayevin qərarı isə “İşsizlikdən sığorta haqqında” qanuna 2020-ci ilin 7 avqustunda edilən dəyişikliklərlə əlaqədardır.

Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur.

S.Babayevin qərarı martın 5-dən qüvvəyə minib.

Son xəbərlər