Mojo.az Banner
13:48 Sibirdə yeni şəhər salına bilər  |     13:47 Ulduz futbolçunun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi  |     13:46 Göyçayın icra başçısı vəzifəsindən azad edildi, Balakənə təyin olundu - SƏRƏNCAM  |     13:44 Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir - Video  |     13:01 Avstraliyada milyonlarla dollarlıq lotereya qalibi bir ildir axtarılır  |     12:41 Yüzlərlə insanın ölümünə səbəb olan hərbi təyyarə: "C-130" qəzalarının STATİSTİKASI  |     12:24 Alyona Əliyeva 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib (FOTO)  |     12:20 Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat edib  |     12:13 Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə başsağlığı verib - FOTO  |     12:11 Azərbaycanda ilin ilk 10 ayında vərəmə yoluxmada azalma müşahidə olunub  |     12:00 Süni intellekt tərəfindən yaradılan mahnı ilk dəfə birinci oldu  |     11:45 Abşeronda FACİƏ: Sürücü mərmər daşın altında qalıb öldü  |     11:44 Türkiyənin qəzaya uğrayan "C-130" hərbi təyyarəsinin daha iki qalığı tapılıb - Video  |     11:19 FHN-dən dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə MÜRACİƏT  |     11:12 Güclü geomaqnit qasırğası müşahidə olunur  |     23:03 Dünyanın ən yaxşı şəhərləri açıqlandı  |     22:58 Paytaxtda oğurluq edənlər saxlanılıblar  |     22:51 Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər  |     22:45 Azərbaycanda vəzifəli şəxs videosu ilə şantaj edildi  |     22:39 Bakı-Qazax yolu iflic vəziyyətdə  |    
Left Banner
Right Banner

Qazi və şəhid ailələrinin evlərinə qaz verilib

05.03.2021 18:57 771
Qazi və şəhid ailələrinin evlərinə qaz verilib
Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakçısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.

Birlikdən verilən məlumata görə, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır.

Bundan başqa Regional qaz istismarı İdarələri də səkkiz bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir.

Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.скачать dle 11.3