Mojo.az Banner
22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: “Ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldılacaq” - VİDEO

05.03.2021 17:15 1 359
Ekspert: “Ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldılacaq” - VİDEO
Yaxın zamanlarda ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldıla bilər.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə müsahibəsində nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bildirib ki, rüsumların azaldılması “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən tətbiq edilə bilər:
“Bu gün vətəndaşlar ilk növbədə ekoloji təmiz avtomobilləri almağa can atır. Bəzi vətəndaşlar isə maddi imkanı çatmadığı üçün bu avtomobillərdən imtina edir.

Hesab edirəm ki, vətəndaşlarımız ekologiyaya zərər verməyən, qənaətcil avtomobillərə üstünlük verirsə, hökumət də buna dəstək olmalı və stimullaşdırıcı addımlar atmalıdır. Bu addımlar ondan ibarət olmalıdır ki, belə avtomobil alanlara banklar avtokreditləşmədə güzəşt etməli, sığorta qiymətləri və gömrük rüsumları azaldılmalıdır. Bu güzəştlərə gedilməsi üçün dövlət proqramı da var.

Proqramda qeyd edilib ki, 2019-2023-cü illər ərzində bu məsələlər həll edilməli və ölkəyə ekoloji təmiz avtomobillərin gətirilməsi stimullaşdırılmalıdır. Biz də bu proqrama əsaslanaraq deyə bilərik ki, ekoloji təmiz avtomobillərin gömrük rüsumu endirilsin”.скачать dle 11.3
Mojo.az Banner