Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədov hibrid avtomobillərdən danışdı: “Özüm də hibrid sürürəm” - VİDEO

31.05.2021 16:42 819
Vaqif Əsədov hibrid avtomobillərdən danışdı: “Özüm də hibrid sürürəm” - VİDEO
Azərbaycanda ekoloji cəhətdən təmiz avtomobillərin təbliği və təşviqi 2019-2023-cü illəri əhatə edən “Yol Hərəkəti Təhlükəsizliyi”nə dair Dövlət Proqramında öz əksini tapıb.

Bu proqramla əlaqədar olaraq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təbliği işlərinə Oxu.Az saytı da qoşulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də bu istiqamətdə bir çox addımlar atır. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Toyota” avtomobillərinin hibrid növlərini şəxsən sınaqdan keçirib və bu avtomobillərin ekoloji cəhətdən təmiz olmasından və ətraf mühiti qorumasından danışıb.

Vaqif Əsədov bildirib ki, özü və bir neçə tanışı “Toyota”nın hibrid növündən istifadə edir. Bu avtomobillərin həm yanacağa qənaət etməsi, həm səssizliyi, həm da ətraf mühitə atılan zəhərli qazların az olması onu və tanışlarını qane edir.

O, sürücüləri gələcəkdə ətraf mühitin qorunması üçün bu cür avtomobillərə üstünlük verməyə səsləyib.

Bu avtomobillər ətraf mühiti qorumaqla yanaşı, bir çox təhlükəsizlik elementinə də malikdir. Bu o deməkdir ki, yeni texnologiyalı hibrid avtomobillər yollarda qəzaların sayının azalmasına səbəb olacaq. Üstəlik, hadisə baş verdiyi təqdirdə ölüm və xəsarət riski az olacaq.

Hazırda test edilən “Toyota RAV4” avtomobilinin bu cəhətdən bir çox üstünlükləri var. Avtomobili idarə edərkən zolaqlar boyunca hərəkəti özü tənzimləyir, yaxın və uzaq işıqları, qarşıdakı avtomobillə ara məsafəsini özü nizamlayır. Təhlükəsizlik yastıqlarının sayı da çoxaldılıb.

Bütün bunlar bu avtomobillərin nə dərəcədə təhlükəsiz olmasını bir daha sübut etməklə yanaşı, ətraf mühitə atılan zəhərli qazların sayını da 50 faizədək azaldır.скачать dle 11.3
Mojo.az Banner