Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Bu maşınların qiyməti ucuzlaşacaq – RƏSMİ QƏRAR

08.03.2025 17:36 636
Bu maşınların qiyməti ucuzlaşacaq – RƏSMİ QƏRAR
Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu qərar qiymətləri alıcının xeyrinə dəyişdirəcək:

"Əvvəlki qərarlarla ölkəyə idxal olunan elektrik mühərrikli minik avtomobilləri həm gömrük, həm də vergidə rüsumlardan artıq azad edilib. İndi də elektrik mühərrikli yük maşınlarının gömrük rüsumlarından azad olunması həmin avtomobillərin ölkə daxilində qiymətinin həm sahibkarlar, həm də vətəndaşlar üçün daha əlçatan edir. Təbii ki, rüsumlardan azadolma varsa, qiymət alıcının xeyirinə dəyişəcək. Həmçinin ölkənin avtomobil parkında elektrik mühərrikli nəqliyyat vasitələrinin payını artıracaq”. 

Ekspert qeyd edib ki, ilin sonunadək paytaxtda elektrobusların sayının artımı da gözləniləndir:

"Məlum olduğu kimi, minik avtomobilləri ilə yanaşı, paytaxt Bakıda ictimai nəqliyyatda da elektrobuslar artıq istismar olunur. Ölkəmizə 161 ədəd elektrobus gətirilib. Bu ilin sonunadək isə təxminən 200-250 ədəd yeni elektrobusun istehsalı gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan atmosferə buraxılan zəhərli qazlarının miqdarının azaldılması, o cümlədən, karbon qazı tullantılarının qarşısını almaq üçün tədbirlərin görülməsinə sadiqdir. Əsas prioritetlərdən biri, ölkənin ekosisteminin yaxşılaşdırılmasıdır”.
 
 
///Musavat
скачать dle 11.3
Mojo.az Banner