Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Xidmətindən hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara MÜNASİBƏT

02.03.2021 16:47 1 038
Dövlət Xidmətindən hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara MÜNASİBƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

SHXÇDX-dən APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında Qismən səfərbərlik elan olunub:

“Prezidentin Sərəncama əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilərlə komplektləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamıyla hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Prezident tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.скачать dle 11.3
Mojo.az Banner