Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə

25.02.2021 18:21 900
Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə
III Avropa Oyunlarının Polşanın Krakuv şəhərində keçirilməsi hələ də rəsmi təsdiqini tapmayıb.

Krakuv şəhər rəhbərliyi təşkilatçı ev sahibi kimi imzalamalı olan müqaviləyə qol çəkməyib.

Şəhər meri Yatsek Mayxrovskinin sözçüsü Monika Xılaşek “Vıborça”ya açıqlamasında yerli hökumətdən hələ də lazımi maddi dəstək ala bilmədiklərini, dövlətin lazımi infrastruktur üçün subsidiyalar ayırmalı olduğunu qeyd edib.

Polşa baş nazirinin müavini Yatsek Sasin isə RMF FM-ə açıqlamasında qarşı tərəfi günahlandırıb: “Oyunların təşkilatçısı Krakuvdur, hökumət deyil”.

Avropa Olimpiya Komitəsi (AOK) isə “Inside the Games”ə göndərdiyi cavabda tezliklə müqavilə imzalanacağından əmin olduqlarını bildirib:

“AOK heyəti martın əvvəlində Polşaya gedəcək və təşkilatçılar, yerli hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə bir sıra vacib məsələlər müzakirə olunacaq”.

“Vıborça”nın iddiasına görə, III Avropa Oyunlarının məkanı dəyişdirilərək Polşanın Sileziya (Şlonsk) regionuna (böyük ehtimalla, Vrotslav şəhərinə – S.M.) salına bilər. Lakin Sasin bildirib ki, şəhər rəhbərliyi lazımi müqavilə öhdəliyini yerinə yetirdikdən sonra hökumət maliyyəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək.

Artıq bir dəfə oxşar hadisə yaşanıb. 2019-cu ildə gənclərin Avroviziya mahnı müsabiqəsi oxşar vəziyyətə görə Krakuvdan Sileziyadakı Qlivitse şəhərinə keçirilib.

Onu da bildirək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “CBC Sport” telekanalına müsahibəsində yaranmış qalmaqalın şəhər merinin müxalifət partiya nümayəndəsi olması ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə ilk dəfə Bakıda (o cümlədən Mingəçevirdə) keçirilib. İkinci belə yarış isə iki il əvvəl Belarusun paytaxtı Minskdə baş tutub.

Son xəbərlər