Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu |
Mojo.az Avto
Mojo.az Avto

Axşama doğru Azərbaycanın avtomobil yollarında son vəziyyət

24.02.2021 18:19 1 080
Axşama doğru Azərbaycanın avtomobil yollarında son vəziyyət
Azərbaycan Respublikasının əsas avtomobil yollarının vəziyyət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı yolunda hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.

Bakı - Qobustan yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı avtomobil yolunda qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Ələt – Hacıqabul magistralında yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda marşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda da zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunun Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər