Fransız nəşri Qarabağdakı alban məbədlərinin erməniləşdirmə cəhdləri haqqında » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Azərbaycanda yeni medal təsis olundu - FOTO  |     14:04 Bakının bu rayonunda yeni park salınacaq - 2,4 milyon ayrıldı  |     13:48 Sabah bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək  |     13:41 Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı - FOTO / VİDEO  |     13:23 Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı  |     13:21 Bakıda kütləvi qanvermə aksiyası təşkil ediləcək - FOTO  |     13:18 Bakıda daha bir məşhur restoran sökülür – VİDEO  |     13:16 Dövlət layihələrində vergi pozuntuları - Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ  |     12:46 Paytaxtda magistral su kəmərində qəza olub  |     12:25 Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI  |     12:15 Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq  |     12:13 DSX-dən Xəzərdə ƏMƏLİYYAT - Üç iranlı saxlanıldı (FOTO)  |     12:11 Nizami rayonunun icra başçısına yeni gənc müavin təyin olundu  |     12:06 Sosial yardımı kəsilən ailə DSMF əməkdaşlarına hücum etdi  |     12:00 Baş nazirdən dövlət qeydiyyatına alınan dərmanlarla bağlı QƏRAR  |     11:59 Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında görüş keçirilib  |     11:51 Bu ilin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib  |     11:46 Bakıda qonşular arasında MÜNAQİŞƏ - İki qardaş BIÇAQLANDI  |     11:45 "Sabah" rusiyalı baş məşqçi ilə bağlı yekun qərarını açıqladı  |     11:44 Azərbaycan nefti BAHALAŞDI  |    

Fransız nəşri Qarabağdakı alban məbədlərinin erməniləşdirmə cəhdləri haqqında

"Qarabağın işğalı dövrü ərzində Gəncəsər monastırının daxili lövhələrinin 50%-ə qədəri erməni yazıları olan yeni lövhələrlə əvəz edilib

Fransa saytında tarix elmləri doktoru Həcər Verdiyevanın Qarabağın xristian memarlığına və onun abidələrinə təhdidə həsr olunmuş məqaləsi dərc olunub

Bu barədə “Interfaks” məlumat yayıb.

O, məqaləsində yazır ki, qübbəli məbədlər Qafqaz Albaniyasına xas dini memarlıq üçün xarakterikdir.

H.Verdiyevanın sözlərinə görə, XIII əsrdə Xudavəng (1214-cü il, Azərbaycanın hazırki Kəlbəcər rayonunda yerləşir), Gəncəsər (1216-1238, Azərbaycanın Tərtər rayonu), Xatravəng (1204, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri dövrün dini tikinti mərkəzlərinə çevrilmişdi. Bu, XVII əsrədək davam edən Alban dini ədəbiyyatının və memarlığının intibah dövrüdür.

“İntibahın rəmzi 1216-1238-ci illərdə tikilmiş Gəncəsər monastırıdır. Monastr altı əsr ərzində – 1836-cı ilədək müstəqil Alban knyazlığının dini mərkəzi, son Alban katolikoslarının iqamətgahı olub. “Alban məbədlərinin əksəriyyətinin açıq və isti rəngləri onları gürcü memarlığına bənzədir, həmçinin tünd, ağır və dayanıqlı rəngləri ilə səciyyələnən erməni dini tikililərindən fərqləndirir”, - deyə tarix elmləri doktoru yazır.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının qələbə qazandığı Rus-İran və Rus-Türk müharibələrindən sonra Osmanlı imperiyasından və İrandan ermənilərin Rusiya imperiyasının Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılması prosesinə start verilib. Bu ərazilərə köçürülən ermənilər müsəlman torpaqlarını mənimsəməyə, Qafqaz Albaniyasının mədəni irsi ilə tanış olmağa başlayıblar. Onlar burada alban məbədlərini alban memarlığı üçün xarakterik olmayan, erməni arxitekturasına aid elementlər əlavə etməklə, yenidən qurmağa başlayıblar. Beləliklə, orta əsr alban abidələri üzərində erməni dilində yazılar həkk edilib, bununla da Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsinə başlanılıb.

Verdiyeva qeyd edir ki, proses 1836-cı ilin aprelindən sonra – çar hökumətinin Zaqafqaziyanın müsəlman ərazilərində erməni əhalinin və din xadimlərinin mövqelərinin möhkəmləndirilməsi məqsədilə Alban Həvari Kilsəsinin ləğv olunması, erməni qriqoryan kilsəsinin tərkibinə keçməsi barədə qərar qəbul etməsi ilə daha da sürətlənib. XX əsrin əvvəlində Erməni qriqoryan kilsəsi Rusiya Müqəddəs Sinodunun icazəsi ilə Alban kilsəsinin arxivlərini, həmçinin Gəncəsərdə çox qiymətli tarixi sənədlərin və alban ədəbiyyatının orijinal nümunələrinin saxlandığı Albaniya patriarxlarının kitabxanasını məhv edib.

Müəllif vurğulayır ki, arxivlərin məhv edilməsi və ya gizlədilməsi erməni tarixçi və arxeoloqlara Alban kilsəsinin müstəqil (avtokefal) mahiyyətini, hazırkı Qarabağ bölgəsinin ərazisində yerləşən xristian məbədlərinin, monastırların və kilsələrin albanlara aid olduğunu inkar etməyə, onların erməni xalqının mədəni irsi, həmçinin erməni kilsəsinin əmlakı olduğu iddiası ilə çıxış etmələrinə imkan verib.

“Bununla belə, tarixi həqiqət tamamilə gizlədilə bilməz. 1918-1919-cu illərdə Qarabağda aparılmış arxeoloji ekspedisiya zamanı erməni alim-şərqşünas və arxeoloq İosif Orbeli Qarabağdakı monastır və kilsələr, xüsusilə də Gəncəsər monastırı üzərindəki 1000-dən çox kitabəni tədqiq və təsvir edib. Tədqiqatlarının nəticəsi olaraq o, 1919-cu ildə Petroqradda (hazırki Sankt-Peterburq) “Gəncəsər və Havotsptuk yazıları” adlı kitabını nəşr etdirib. Müəllif kitabda Gəncəsər monastırının divar plitələri üzərindəki yazılardan danışır. Bəs erməni alim hansı nəticəyə gəlib? Birincisi, ona aydın olub ki, XIX əsrdə Qarabağdakı monastırların və kilsələrin əvvəlki divar təsvirlərinin əksəriyyəti erməni alimlər tərəfindən saxtalaşdırılıb. “Oxunuşla bağlı onlarla razı deyiləm. Mən köhnə araşdırmaçıların səhvlərini düzəltməyə çalışdım”, - deyə Orbeli kitabında açıq şəkildə bildirir. İkincisi, Gəncəsər monastrının əsas kitabəsinin düzgün təsviri sayəsində alim təsdiqləyib ki, XVIII əsrin əvvəlində Alban Apostol Kilsəsi erməni kilsəsindən asılı olmayıb, yəni, o, avtokefal (müstəqil) olub. Məbəddəki əsas divar yazısında Albaniyanın dini liderinin “albanların katolikosu Nersesin patriarxlığı dövründə” titulu tam aydın təsvir olunub. Məlum olduğu kimi, Xristian kilsəsinin ənənəsinə görə, patriarx ölkənin ən ali dini şəxsi, müstəqil (avtokefal) kilsənin rəhbəridir. Bunu başa düşən erməni alimlər son 160 ildə bu cümləni tərcümə edərkən “patriarxlıq” sözünü qəsdən buraxıblar. Başqa sözlə, bu monastırın erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Orbeli aşkar edib ki, Gəncəsər monastırının xarici divarlarının daş plitələri üzərindəki yazılarda çox sayda türk sözləri, bölgənin hökmdarlarının, onların xanımlarının, ruhanilərin türk adları qeyd olunub. Onun fikrincə, bu, Orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu, qədim Qarabağın, o cümlədən bu monastırın tarixində türk elementinin rolunu göstərir. Nəhayət, ən əsası, monastırın divar plitələri üzərindəki yazıları təsvir edərkən İosif Orbeli heç yerdə “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlməyib. Onun tərəfindən tərcümə edilmiş yazılar təsdiqləyir ki, Gəncəsər monastırının yerləşdiyi ərazi və monastırın özü müstəqil Alban knyazlığına aid olub”, - deyə o qeyd edir.

1918-1919-cu illərdə Orbeli tərəfindən tapılmış və tərcümə edilmiş divar yazılarının Gəncəsər monastırının divarlarının turistlər tərəfindən çəkilərək internetə yerləşdirilən müasir fotoşəkilləri ilə müqayisəsi göstərir ki, ötən əsrdə və xüsusilə də 1993-2020-ci illərdə Qarabağın işğalı dövrü ərzində bu məbədin xarici daşlarının, daxili lövhələrinin 50%-ə qədəri yeni yazıları olan yeni lövhələrlə əvəz edilib. Əlbəttə, bu dəyişikliklər məbədin tarixinin erməniləşdirilməsi, Alban kiləsinin və dövlətinin müstəqilliyini sübut edən yazıların məhvi məqsədilə həyata keçirilib.

“Məhz bu səbəbdən mən Qarabağ tarixinin ermənilər tərəfindən yaradılan yalançı elmi versiyasının və bölgədəki qondarma “erməni xristian abidələri”nin qorunmasının fransız tərəfdarlarına müraciət etmək istəyirəm. Bu qorunma, əlbəttə, vacibdir. Amma söhbət qədim Azərbaycan xristian memarlığını, yəni, dünya xristian irsinin mühüm ayrılmaz hissəsi olan Qafqaz Albaniyası arxitekturasını erməniləşdirmə təhlükəsindən qorumaqdan getməlidir”, - deyə Verdiyeva yazır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            666 22.02.21 21:08