Mojo.az Banner
15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |    
Mojo.az Avto
Mojo.az Avto

Təbrizdə Azərbaycan dilində lüğətin təqdimatı keçiriləcək

20.02.2021 15:41 1 143
Təbrizdə Azərbaycan dilində lüğətin təqdimatı keçiriləcək
“Təbrizdə Azərbaycan dilində çap edilən lüğətin təqdimat mərasimini keçirəcəm”.

Bu sözləri “Xalxalım” qəzetinə müsahibəsində Azərbaycan dilində lüğətlər toplusunun müəllifi Əhəd Beyute bildirib.

Ə.Beyute qeyd edib ki, Azərbaycan dili lüğətinin birinci cildi yalnız “A” hərfinə şamil edilir:

“Lüğətin digər cildlərində “A” hərfinə aid sözlər və digər hərflər də yazılır. Bütün lüğəti ən qısa müddətdə hazır vəziyyətə gətirmək üçün əlimizdən gələni edəcəyik”.

Müəllif əlavə edib ki, bu lüğəti yazmaq üçün bir çox mənbələrdən istifadə edib:

“Kitabxana materiallarından əlavə Azərbaycan vilayətlərinin bir çox kəndlərini və köçərilərin yaşadıqları yerləri gəzdim, həmin bölgələrin ağsaqqalları ilə söhbət etdim, dilin incəliklərinə vardım. Lüğətdəki sözlər yalnız Azərbaycan dilində istifadə edilən sözlərdən tərtib edilib. Daha sonra professorların təsdiqi və universitet müəllimlərinin rəyi ilə həmin sözlər dəqiqləşdirilib”.скачать dle 11.3
Mojo.az Banner