Mojo.az Banner
22:50 İstanbul metrosu “Bakı Metropoliteni” QSC-yə yarım milyona məsləhət verəcək  |     22:43 Arayik Harutyunyana ömürlük cəza istənildi - FOTO  |     22:36 "Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"  |     22:28 Merts Zelenskidən ukraynalıların ölkəni tərk etməməsi üçün tədbir görməsini xahiş edib  |     22:20 Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb  |     22:12 Prokuror "Fənərbağça"nın iki futbolçusunun həbsini tələb edib  |     22:04 Bakıda IT muzeyi yaradılır  |     22:01 Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb  |     21:55 Bəzi rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     21:49 Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı"  |     21:40 Bakıxanovda restoranda işçi işığı yandırdı, partlayış baş verdi - Hadisənin TƏFƏRRÜATI  |     21:34 Azərbaycan - İslandiya görüşündə hesab açıldı  |     21:30 ADY Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmir yolunun tikintisinə dair məlumat yayıb  |     21:23 Paşinyan: 2026-cı il seçkiləri parlamenti xarici təsir agentlərindən azad etmək imkanıdır  |     21:15 DÇ-2026: Azərbaycan - İslandiya oyunu başlayıb  |     21:03 Hərbçilərin nəşi Türkiyəyə yola salındı  |     20:57 Muazzez Abacının sərvəti açıqlandı  |     20:50 Gəncədə azyaşlı qızı maşın vurdu  |     20:44 Doqquz il öncə itkin düşən Xəyalənin meyiti tapıldı: Əvvəllər də hücuma məruz qalıb  |     20:31 Bişkekdə əyləncə məkanlarının fəaliyyəti məhdudlaşdırılıb  |    
Left Banner
Right Banner

Vaqif Əsədovdan Bakıdakı taksilərlə bağlı AÇIQLAMA

19.02.2021 20:55 750
Vaqif Əsədovdan Bakıdakı taksilərlə bağlı AÇIQLAMA
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov paytaxtda nəqliyyatın hərəkəti zamanı yaranan sıxlığın səbəbləri və bundan çıxış yolları ilə bağlı məsələyə münasibət bildirib.

Median.Az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən polis polkovniki Vaqif Əsədov qeyd edib ki, Bakıda süni sıxlıq və tıxacların yaranmasına səbəblərdən biri də dayanma-durma üçün kifayət qədər yerlərin ayrılmamasıdır: “Düzdür, bununla bağlı işlər gedir. Amma dayanma-durma üçün yerlərin müəyyən edilməsi prosesi nə qədər tez olsa, problem də o qədər tez həll olunar.

Bundan başqa, Bakının inzibati ərazisi üçün taksilərin müəyyən edilmiş sayı var. Lakin reydlər zamanı müəyyən edirik ki, Bakıda taksilərin sayı həddən artıq çoxdur. Sürücülər isə bu işə çörək pulu üçün çıxdıqlarını deyirlər. Mən demirəm ki, həddən çox sürücüyə icazə verilib. Biz reydlərdə hər gün icazəsiz fəaliyyət göstərən 20-30 taksi aşkar edirik. Bakıda taksilərin sayının çox olması sıxlıq yaradır, taksi sürücüləri dayanma-durma qaydalarını pozurlar, harada gəldi avtomobili saxlayıb müştəri götürürlər, ya da müştəri düşürürlər. Bu da nəqliyyatın hərəkətində sıxlığa səbəb olur və nəticədə tıxac yaradır.

Bakı şəhəri üçün taksilərin sayı konkret olaraq inzibati əraziyə görə müəyyən olunan saya uyğun olmalıdır”.

Vaqif Əsədov qeyd edib ki, hazırda Bakıda metronun fəaliyyətini dayandırması da yerüstü nəqliyyatın yükünü artırır: “Bu gün yuxarı sinif şagirdləri və tələbələr hələ ki dərslərə distant formada davam edirlər. Onlar da əyani tədrisə keçəndə, Bakıda nəqliyyatın hərəkətində gərginlik artacaq. Metro bağlı qaldığı üçün bütün yük ictimai nəqliyyatın üstünə düşün. Eyni zamanda sərnişindaşımada da gərginlik yaranır. Bu səbəbdən insanlar şəxsi maşınlardan istifadəyə üstünlük verirlər. Nəticədə yerüstü hərəkətdə sıxlıq və tıxac yaranır. Nəzərə alsaq ki, daha öncə şəxsi avtomobili olanlar da ictimai nəqliyyatdan, metrodan istifadə edirdi”.

Polkovnik bildirib ki, Bakıda hər 8 nəfərdən birinin avtomobili var: “Ölkədə olan 1,4 milyon avtomobildən 600 mindən çoxu Bakıdadır. Elə bu rəqəmdən bilmək olur ki, paytaxtda hərəkətlə bağlı gərginlik nə səviyyədədir. Bu gün yol polisi xidmət aparmasa, vəziyyət lap pis olar. Yol polisi olmadan hərəkəti tənzimləyə bilmirik. Hər sürücü özünün haqlı olduğunu sübut etməyə çalışır”.

Qeyd edək ki, Bakıda dayanma-durma yerlərinin müəyyən edilməsi və taksilərə fərqlənmə nişanı verməklə fəaliyyətlərinə icazə verilməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir.
скачать dle 11.3