22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |     19:17 Qəzadan sonra dediklərinə görə üzr istədi  |     18:55 Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia: "Qızı anasını öldürdüyünü etiraf edib"  |     18:41 Aktrisa 100 yaşında vəfat etdi  |     18:27 Mirzoyan: "İrəvan və Bakı "3+3" formatında görüşün məkanını müzakirə edirlər"  |    

ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü

ABŞ BMT-yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb.

Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Bildirilib ki, bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Bununla ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.

Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 794 19.02.21 13:37